Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 
 

XƏBƏRLƏR

20.12.2012
“Naxçıvanbank” ASC-nin 2012-ci ilin 11 aylıq fəaliyyəti müzakirə olundu

“Naxçıvanbank” ASC-nin Müşahidə Şurası Bankın 2012-ci ilin 11 aylıq fəaliyyəti barədə müşavirə keçirdi. Müşavirədə “Naxçıvanbank” ASC–nin cari ilin 11 ayı ərzindəki fəaliyyəti qiymətləndirildi,  bankın xidmət keyfiyyətinin yüksəldilməsi, yeni xidmətlərin təklifi sahəsində görülmüş işlər müzakirə olundu.
Cari ildə Bank tərəfindən öz müştərilərinə plastik kartlardan istifadə imkanının təmin edilməsi məqsədilə Naxçıvan şəhərində  16 ədəd POS-terminal və 11 ədəd Bankomat və Bakı şəhərində 5 ədəd POS-terminal və 2 ədəd Bankomat quraşdırılmışdır.

20.11.2012
“Naxçıvanbank” ASC-nin Bakı filialı kommunal xərclərin, vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya sistemi  (KÖMİS) vasitəsilə qəbulunu həyata keçirir. Bankın Bakı filialı tərəfindən büdcə ödənişlərinin Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya sistemi  (KÖMİS) vasitəsilə toplanması və  ödəniş tranzaksiyalarının Dövlət Xəzinədarlıq Agentliyinin daxili informasiya sistemində birbaşa emalının təmin edilməsi məqsədilə nağd və ya ödəniş kartından istifadə edilməklə nağdsız formada büdcə ödənişlərinin qəbul edilməsi təmin edilir.

07.11.2012
“Naxçıvanbank” ASC xidmət keyfiyyətinin yüksəldilməsi, kredit portfelinin genişləndirilməsi və yeni məhsulların təklifi sahəsində yeniliklərini davam etdir. Bank artıq öz müştərilərinə Maestro, MasterCard Standart, MasterCard Gold, MasterCard Platinum ödəniş kartlarını təklif edir. Həmçinin əmək haqqı məbləğinin 3 misli miqdarında  kart kreditlərinin verilməsini həyata keçirir.

29.08.2012
“Naxçıvanbank” ASC xidmət keyfiyyətinin yüksəldilməsi və yeni məhsulların təklifi sahəsində yeniliklərini davam etdirərək ölkə ərazisində fəaliyyət göstərən dövlət və sabit maliyyə vəziyyətinə malik olan özəl müəssisə və təşkilatların işçilərinə şəxsi məqsədlər üçün nağd formada İstehlak kreditlərinin verilməsini nəzərdə tutur.

01.04.2012
“Naxçıvanbank” ASC   ödəyicilərdən  “Azercell Telecom” ödənişlərinin qəbul edilməsini həyata keçirir.

20.02.2012
“Naxçıvanbank” ASC  ödəyicilərdən “Azərfon” və “Bakcell” ödənişlərinin qəbul edilməsini həyata keçirir.

05.12.2011
“Naxçıvanbank” ASC MasterCard beynəlxalq ödəniş kartına üzvlüklə bağlı müvafiq sertifikasiya prosesinə başlayıb. 2012-ci ilin 6 ayı ərzində Bank “MasterCard” ödəniş kartlarını emissiyasına başlamağı nəzərdə tutulur. 

04.08. 2011
“Naxçıvanbank” ASC lokal kartların emissiyasını həyata keçirir, öz müştərilərinə SMS Banking və İnternet banking xidmətlərini təklif edir.

08.08.2011
“Naxçıvanbank” ASC SWIFT-Beynəlxal Banklararası Ödəniş  Sisteminə qoşulmuşdur. Bununla  Bank öz müştərilərinin xarici valyutada hesabdan hesaba pul köçürmələrini həyata keçirməsinə imkan yaradır.

04.04.2011
“Naxçıvanbank” ASC Caspian Money Transfer” pul köçürmə sisteminə  qoşuldu

Artıq siz “Naxçıvanbank” ASC-nin baş ofisi və filialında bank hesabı açmadan ölkənin və dünyanın istənilən nöqtəsinə Azərbaycanda ilk beynəlxalq pul köçürmələri sistemi olan “Caspian Money Transfer” sistemi vasitəsilə qısa müddət ərzində pul göndərə bilərsiniz.
Bu sistemdən istifadə etməklə Siz minimal komisiya ödəməklə 2-3 dəqiqə ərzində, asanlıqla ölkədaxilində, MDB və Baltikyanı ölkələrə, həmçinin, Böyük Britaniya, İtaliya, İspaniya, Çexiya, Türkiyə, BƏƏ, Yunanıstan və Çinə  pul köçürmələri həyata keçirə bilərsiniz.

18.03.2011
“Naxçıvanbank” ASC Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir

“Naxçıvanbank” ASC  qarşıdan gələn Novruz bayramı münasibətilə Azərbaycan xalqını və dəyərli müştərilərini təbrik edir, xalqımıza sevinc, ruzi-bərəkət, əmin-amanlıq, Azərbaycanımızın inkişafı və xalqımızın rifahı naminə gördükləri işlərdə uğurlar arzulayır.
Novruz bayramınız mübarək!

07.03.2011
“Naxçıvanbank” ASC-nin 2010-cu il ərzindəki fəaliyyəti müzakirə olundu

“Naxçıvanbank” ASC-nin Müşahidə Şurası 2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələr barədə müşavirə keçirdi. Müşavirədə “Naxçıvanbank” ASC –nin ötən ilki fəaliyyəti qiymətləndirildi, bankın fəaliyyətə başladığı qısa müddət ərzində etibarlı müştəri bazasının yaradılması, bankın gəlirinin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi, yeni və sərfəli xidmətlərin təklifi sahəsində görülmüş işlər və bankın gələcək fəaliyyətində bu sahədə lazımi işlərin görülməsinin ən yüksək səviyyədə həyata keçiriləcəyi  qeyd edildi.

06.04.2010
“Naxçıvanbank” ASC –nin ilk Filialının açılması

“Naxçıvanbank” ASC-nin  Bakı şəhərində ilk filialı açıldı. Filial bugündən Bakı şəhərində fiziki və hüquqi şəxslərə bank xidməti göstərilməsini həyata keçirəcək və eyni zamanda Bakı şəhəri ilə Naxçıvan Muxtar Respublikası arasında maliyyə xidmətləri körpüsü rolunu oynamağa başlayacaqdır. Bakı  şəhəri,  Babək  prospekti  21/99  ünvanında yerləşən  “Naxçıvanbank” ASC-nin Bakı filialı Azərbaycan Respubilakası Mərkəzi Bankının icazəsi ilə filialın əsasnaməsində nəzərdə tutulan bank fəaliyyətini həyata keçirəcəkdir.

 

17.02.2010
“Naxçıvanbank” ASC Western Union təcili pul köçürmə sisteminə  qoşuldu

“Naxçıvanbank” ASC  Western Union pul köçürmə sistemi  vasitəsi ilə  bank hesabı açmadan Azərbaycan Respublikasından MDB ölkələrinə və ya digər ölkələrə xarici valyutada pul köçürmələrini həyata keçirir. Artıq fiziki şəxslərin ərizəsi əsasında 1 neçə dəqiqədə xaricə pul köçürmək mümkündür.

 

26.05. 2009
 “Naxçıvanbank” ASC tərəfindən müştərilərə avtokreditin verilməsi zamanı tətbiq olunan faiz dərəcəsinə dəyişiklik edildi

Dəyişikliyə əsasən 1 İyun 2009-cu il tarixindən  “Naxçıvanbank” ASC tərəfindən verilən avtokreditlər üzrə faiz dərəcəsi 1% aşağı endirilərək aşağıdakı qaydada müəyyən ediləcəkdir:

  • avtomobilin dəyərinin 20%- dən 30%-dək hissəsini ticarət müəssisəsinə ödəyən müştəriyə avtomobilin dəyərinin qalan məbləği həddində  kredit verilərkən illik minimum 21% dərəcəsi ilə,
  • avtomobilin dəyərinin 30%-dən 50%-dək hissəsini ödəyən müştəriyə illik minimum 19% dərəcəsi ilə,
  • avtomobilin dəyərinin 50%-i və 50%-dən aşağı hissəsi həddində kredit verilərkən illik minimum 18% dərəcəsi ilə. 



30.01.2009

 “Naxçıvanbank” ASC fiziki şəxslərə avtomobillərin alınması məqsədilə avtomobil kreditləri təklif edir

2009-cu ilin fevral ayından başlayaraq “Naxçıvanbank” ASC illik 20 % dərəcəsi ilə avtokreditlərin verilməsini həyata keçirəcəkdir.
Avtokreditlər verilərkən kredit məbləği alınan avtomobilin qiymətinin 70%-80%-i nisbətində müəyyən olunur. Belə ki, müştəri avtomobil alarkən onun dəyərinin 20%-30%-ni nağd şəkildə ticarət  müəssisəsinə ödəyir, məbləğin qalan hissəsini isə Bank müştəriyə kredit verməklə ödəyir.



15.01.2009

“Naxçıvanbank” ASC fiziki şəxslərdən əmanətlərin qəbuluna başlayır

“Naxçıvanbank” ASC fiziki şəxslərdən müddətli və tələbli əmanətlər qəbul edir. Bir illik müddətə qoyulan əmanətlər üzrə illik 10%, tələbli əmanətlər üzrə isə illik 4% hesablanmaqla əmanətlər qəbul edilir. 2009-cu ilin yanvar ayından başlayaraq Bank Muxtar Respublika əhalisinə illik faiz dərəcəsi tələb olunan əmanətlər üzrə 4% və müddətli əmanətlər üzrə 10% olmaqla depozit portfeli təklif etmişdir.

 Valyuta Mübadiləsi 13.12.2017
Alış Satış
USD
EUR
GBP
RUR

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player


AR Mərkəzi Bankı tərəfindən verilmiş 252 saylı lisenziya